Peskov: Rusiya ABŞ ilə strateji hücum silahları haqqında müqavilə üzrə dialoqa hazırdır

Rusiya ABŞ-dən konstruktiv cavablar alacağı təqdirdə strateji hücum silahları haqqında müqavilə ilə bağlı dialoq aparmağa hazırdır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hər hansı konstruktiv cavablar olarsa, əlbəttə, biz dialoq aparacağıq", - o qeyd edib.

Bu gün gecə yarısı Rusiya və ABŞ tərəfindən 2010-cu ildə bağlanmış strateji hücum silahları haqqında müqavilənin müddəti başa çatır.

"Axios" mənbəyə istinadən bildirib ki, ABŞ və Rusiya son 24 saat ərzində Əbu-Dabidə bu gün gecə yarısı müddəti bitəcək bu müqaviənin uzadılmasını müzakirə edib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49