Ermənistanın Baş naziri Rusiyaya səfər edəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 25-də Rusiyaya səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Moskvadakı mənzil-qərargahında çıxış edəcək. 

Həmin tarixdə quruma sədrlik növbəsi Ermənistana keçəcək. 

Digər xəbərlər