Paşinyan: Türkiyə ilə münasibətlərin normallaşması üçün artıq heç bir maneə yoxdur

Ermənistan-Türkiyə sərhədinin açılması və ölkələr arasında diplomatik münasibətlərin qurulması zaman məsələsidir.

"Report" "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda bildirib.

"Bunun üçün indi heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm", - Baş nazir vurğulayıb.

Hökumət başçısı əmindir ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və tərəflər arasında normal qonşuluq münasibətləri yaranacaq.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24