Ermənistanın Baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak etmək üçün 29-30 oktyabr tarixlərində Fransaya işgüzar səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Baş nazirin aparatının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən məlumat yayıb.
Oktyabrın 30-da Yelisey Sarayında Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla görüşü baş tutacaq.