Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 8-9-da Belçikaya işgüzar səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, N.Paşinyan Brüsseldə ikinci "Global Gateway" beynəlxalq konfransında iştirak edəcək.
Səfər çərçivəsində həmçinin xarici tərəfdaşlarla görüşlər planlaşdırılır.