Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar üzrə sənədlər paketinin ilin sonuna qədər dərc olunma səbəbini açıqlayıb.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, o, bunu brifinq zamanı bildirib.
Baş nazirin sözlərinə görə, bu, ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqədardır.
"Proses başa çatdıqdan sonra biz bu sənədləri açıqlaya biləcəyik. O zaman bu sənədlərin dərc olunması üçün mənəvi və siyasi maneə aradan qaldırılacaq", - o qeyd edib.