Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan Qazaxıstan taxılının Azərbaycan vasitəsilə ölkəyə çatdırılacağı marşrut haqqında danışıb.
"Report" xəbər verir ki, bu barədə Papoyan sosial şəbəkələrdə yazıb.
"Yaxın vaxtlarda Qazaxıstan taxılının ilk partiyası Ermənistana Aktau-Bakı dəmir yolu ilə, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolu ilə daxil olacaq", - nazir qeyd edib.