"Uzbekistan Airways" şirkətinə məxsus təyyarə Krasnoyarskda (Rusiya) qəza enişi edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Daşkənd-Vladivostok reysini yerinə yetirən "Boeing" təyyarəsi Krasnoyarskda texniki səbəblərdən qəza enişi edib, eniş normal keçib", - mətbuat xidməti bildirib.
Qeyd olunub ki, xəsarət alan olmayıb.