Ombudsman Şefer Malkoç: "Yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur"

Bakı. 20 iyun. REPORT.AZ/ "Hazırda Türkiyədə 3,5 milyon Suriyalı qaçqın var".

“Report” xəbər verir­­ ki, bunu Türkiyənin Baş Ombudsmanı Şefer Malkoç ­"Hüquq bərabərliyinin­ təmin olunmasında və­ təşviqində milli ins­an hüquqları təsisatl­arının rolu" mövz­usu­nda Ombudsmanların­ X­V Bakı Beynəlxalq ­Ko­nfransında deyib.

O bildirib ki, qaçqınların 8 faizi kamplarda, digər hissəsi isə xalqın arasında yaşayır: "Türkiyə Suriyalı qaçqınlara qapı açmasaydı Avropa fəlakətə məruz qalardı. Çünki Avropa bu qədər köçkünü qəbul edə bilməzdi".

Ş.Malkoç qeyd edib ki, hazırda 700 min Suriyalı qaçqın uşaq Türkiyə məktəblərində təhsil alır: "Türkiyə bu günədək Suriyalı qaçqın və məcburi köçkünlərə 30 milyard dollardan çox pul xərcləyib.

Hazırda yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49