Bakı. 1 dekabr. REPORT.AZ/ Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 5-6-da Sankt-Peterburqa səfər etməyi planlaşdırır.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü jurnalistlərə onun baş müşaviri Arsen Qasparyan deyib.
O bildirib ki, N.Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etməsi nəzərdə tutulur.