Nikol Paşinyan: "Ermənistan ordusunun Baş Qərargah rəisi bu günün sonunadək işdən çıxarılacaq"

Bakı. 24 may. REPORT.AZ/ “Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Movses Akopyan tutduğu vəzifədən azad ediləcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin mayın 24-də keçirilən iclasında bildirib.

O, məsələ ilə bağlı Ermənistan prezidenti Armen Sarkisyana təklif göndərdiyini vurğulayıb: “Günün sonunadək Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi təyin ediləcək. O, mayın 25-də silahlı qüvvələrə təqdim olunacaq”.

Digər xəbərlər