Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49