Qazaxıstan Prezidenti XİN-ə yeni başçı və yeni müdafiə naziri təyin edib

Bakı. 25 fevral. REPORT.AZ/ Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Beybut Atamkulovu xarici işlər naziri təyin edib.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkə Prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Prezidentin sərəncamı ilə Nurlan Yermekbayev müdafiə naziri təyin edilib.

Qazaxıstanın keçmiş müdafiə nazir isə Saken Jasuzakov olub. Beybut Atamkulovdan əvvəl bu vəzifəni Kayrat Abdrahmanov tutub.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24