NATO İrana xəbərdarlıq edib

“Heç bir ölkə Rusiyanı silahla təmin etməməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, silah ehtiyatı azaldığına görə Rusiya digər ölkələrdən silah alır.

Baş katib buna nümunə kimi İrandan alınan silahları göstərib.

Digər xəbərlər

İstanbulda fabrik yanır 19 yanvar, 2026 / 12:05