NATO Ermənistanla yeni çərçivə sənədini gələn il razılaşdırmaq niyyətindədir

NATO Ermənistanla tərəfdaşlıqla bağlı yeni çərçivə sənədini 2026-cı ildə razılaşdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinskaya Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra bəyan edib.

"Nazir Suren Papikyanla Ermənistanın müdafiə transformasiyasını müzakirə etmək xoş oldu. Mən Ermənistanın NATO-nun Kosovodakı Qüvvələrinə (KFOR) davam edən töhfəsini yüksək qiymətləndirirəm. Biz islahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımız üçün yeni çərçivə sənədini razılaşdırmağa ümid edirik", - o, "X" hesabında yazıb.

Digər xəbərlər

Tokayev Sankt-Peterburqa gedəcək 20 dekabr, 2025 / 15:03