“Rusiya qoşunları Ukraynanın cənub istiqamətində taktikanı dəyişib. Onlar əhaliyə hava zərbələri endirməyə başlayıblar”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.
Onun sözlərinə görə, qarşı tərəf üçün quru mövqelərini tutmaq getdikcə çətinləşir: “Biz onları Dneprin sol sahilindən çıxarmışıq. Onlar bacara bilməyəcəklərini anlayırlar. Ona görə də taktikanı dəyişiblər”.
N.Qumenyuk bildirib ki, bütün bunlar klassik terrorizm nümunələridir: “Çünki bu hücumlar heç bir hərbi obyektə yönəlməyib. Həmçinin son üç gündə düşmən pilotsuz uçuş aparatları ilə hücumu intensivləşdirib”.