Mövlud Çavuşoğlu qətərli həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin XİN başçısı Şeyx Məhəmməd bin Abdulrahman bin Qassim Əl-Tani ilə görüşüb.

“Report” xəbər verir ki, nazir bu barədə tviter səhifəsində məlumat verib.

“Günə Qətərin xarici işlər naziri Əl-Tani ilə Əfqanıstandakı məsələləri və ikitərəfli münasibətlərimizi müzakirə edərək başladıq”, - Çavuşoğlu deyib.

Digər xəbərlər

SEPAH: ABŞ-nin MQ-9 dronu vurulub 14 avqust, 2026 / 16:41