Moskvada lift qəzası nəticəsində 5 nəfər ölüb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən sement zavodunun inzibati binasında lift qəzası nəticəsində 5 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskva Fövqəladə Hallar İdarəsindəki mənbə liftdə olanların hamısının öldüyünü bildirib. 

Hadisənin səbəbləri araşdırılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24