Moldovada "Georgiyev lenti"ni nümayiş etdirənlər cəzalanacaq

Moldova parlamenti "Georgiyev lenti"nin nümayişini qadağan edən qanun dəyişikliyini qəbul edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsində dəyişiklik 53 səslə yekun oxunuşda qəbul olunub.

Məlumata görə, Moldova ərazisində həmin lenti nümayiş etdirən şəxslər cərimələnəcək.

Qeyd edək ki, bu lent Rusiya imperiyasının atributlarından sayılır. Osmanlı ilə Çar Rusiyası arasında müharibə zamanı II Yekaterina Georgiyevsk Ordeninin təsis edilməsi barədə fərman imzalayıb. Bu ordenlə müharibədə şücaət göstərən Rusiya əsgər və hərbçiləri təltif olunurdu. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1942-ci ildə, İkinci dünya müharibəsi zaman “Qvardiya” döş nişanı təsis olunub.

Digər xəbərlər