Mirzoyan: İrəvan və Bakı arasında sülh sazişi imzalandıqdan sonra ATƏT-ə ehtiyac qalmayacaq

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra vasitəçilik formatına, xüsusilə ATƏT-ə ehtiyac qalmayacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sualı şərh edərkən bildirib.

"Sülh sazişi imzalandıqdan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək və vasitəçilik formatına ehtiyacın olmadığını qeyd etmək mümkün olacaq", - o vurğulayıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24