Baş katib: Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır

1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır.

"Report" xəbər verir ki, bununla bağlı MDB Parlamentlərarası Assambleyasının Baş katibi və Şurasının Katibliyinin rəhbəri Dmitri Kobitskinin Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən keçirilən "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.

Baş katibin nitqini MDB PA Şurası baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov oxuyub.

Müraciətdə bildirilib ki, hazırkı tədbir MDB ölkələrinin nümayəndələri arasında səmərəli müzakirələr və yüksək keyfiyyətli fikir mübadiləsi üçün çoxşaxəli platforma ola bilər:

"Konstitusiyanın qəbulu Heydər Əliyevin şəxsiyyəti ilə ayrılmaz şəkildə bağlıdır. Heydər Əliyevin siyasi istedadı sayəsində Azərbaycan özünü suveren, çiçəklənən bir dövlət kimi təsdiqləyib. Onun təcrübəsi bütün MDB üzv dövlətləri üçün maraq doğurur".

Dmitri Kobitskinin müraciətində Azərbaycan Milli Məclisinin fəaliyyəti yüksək qiymətləndirilib:

"Milli Məclisin fəlaiyyəti ölkənin hüquq sisteminin formalaşdırılmasına və demokratik inkişafına, MDB regionunda və ondan kənarda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib".

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02