Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Ankarada Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşünün tərəffüratları barədə paylaşım edib.
"Report" xəbər verir ki, Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçirildiyini bildirib.
"Münasibətlərimizin müqavilə əsasını gücləndirəcək sənədlər imzaladıq. Malayziya ASEAN regionunda ən böyük ticarət tərəfdaşımızdır. Həmçinin azad ticarət sazişimiz də var.
İnanıram ki, birgə səylərimizlə ticarətimizi 10 milyard dollarlıq balanslı və davamlı səviyyəyə çatdıra bilərik.
Bugünkü görüşlərdə müdafiə sənayesi məsələlərini də müzakirə etdik. Qarşıdakı dövrdə qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanaraq bu sahədə ata biləcəyimiz birgə addımları qiymətləndirməyə davam edəcəyik.
Bu gün beynəlxalq məsələlərdə oxşar mövqelərdə olduğumuzu görməkdən məmnun oldum.
Xüsusilə, Qəzza məsələsini birlikdə, yaxından izləməyə davam edəcəyik.
Səfər münasibətilə Türkiyə ilə Malayziya arasındakı qardaşlığa verdiyi misilsiz töhfələrə görə Baş nazirə Cümhuriyyət ordeni verdik", - Ərdoğan qeyd edib.
Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyədə rəsmi səfərdədir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Malayziyanın Ənvər İbrahimi Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Məlumatda bildirilib ki, Ərdoğan və Ənvər İbrahim Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birinci İclasında və sazişlərin imzalanma mərasimində iştirak edəcəklər.
İmzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçiriləcək. Daha sonra Baş nazir üçün rəsmi şam yeməyi veriləcək.