Mahaçqalada nazirin oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Mahaçqalada Dağıstan Respublikasının tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı nazirinin oğurlanmasında şübhəli bilinən iki nəfər yerli sakin saxlanılıb. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İstintaq komitəsindən bildiriblər.

Onlar Rusiya Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin "a" bəndi (mütəşəkkil dəstə tərəfindən adam oğurluğu), 163.3-cü maddəsinin "a" və "b" bəndləri (mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu tələb etmə) və 222.1-ci maddə ilə (qanunsuz silah dövriyyəsi) cinayət törətməkdə şübhəli bilinirlər.

İstintaqın versiyasına uyğun olaraq şübhəli bilinən şəxslər iyulun 20-də zərərçəkəni odlu silahla hədələyərək oğurluq törədiblər. Onlar 30 milyon rubl məbləğində pulun bir hissəsinin verilməsi zamanı saxlanılıb. Girov azad edilib, hazırda saxlanılan şəxslərin həbsi məsələsinə baxılır.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49