Təhlükəsizlik sahəsində müzakirə və həll yolları tələb edən çoxlu sayda problem qalmaqdadır.
BELTA-nın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında bildirib.
"Son zamanlar bir neçə köklü münaqişənin həllinin (ümid edirəm ki, uzunmüddətli) tapılmasına nail olunub: Azərbaycan və Ermənistan sülh sazişi imzalayıb (sülh sazişinin paraflanması nəzərdə tutulur - red.) və Qəzzada ikiillik müharibə başa çatıb. Digər qaynar nöqtələrdə isə ümid işığı yoxdur", - o deyib.
Lukaşenko əvvəlki konfransda gətirdiyi nümunəni xatırladıb: dünyada təxminən 50 silahlı münaqişə gedir. Bu, İkinci Dünya müharibəsinin başa çatmasından bəri ən yüksək rəqəmdir.