Lukaşenko 20-dən çox məhkumu əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni il ərəfəsində 22 məhkumun əfv olunması barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti BELTA-ya bildirib.

Bunlardan 20 nəfər ekstremist xarakterli cinayətlərə görə məhkum edilmişdi. Əfv olunanlar arasında 15 qadın və 7 kişi var, 11 nəfər isə yetkinlik yaşına çatmamış uşaqlardır.

Onların hamısı əfv üçün müraciət etmişdilər.

Digər xəbərlər