"Lufthansa" aviaşirkətinə məxsus təyyarə bortda fövqəladə hadisə - sərnişinin ölümü səbəbindən Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanına təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i nəqliyyatdakı polis departamentinə istinadən məlumat yayıb.
"Münxendən Pekinə uçan təyyarə, sərnişinlərdən birinin huşunu itirməsi səbəbindən təcili olaraq Almatıya eniş edib. Təyyarəyə dərhal hava limanının tibbi xidməti və təcili yardım briqadası çatıb, onlar sərnişinin artıq havada ikən öldüyünü bildiriblər. Vəfat edən şəxs xarici ölkə vətəndaşıdır", - qurumdan qeyd olunub.
Ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığı olub.