Krım separatçılarının rəhbərinə sui-qəsd cəhdi olub

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasındakı separatçıların rəhbəri Sergey Aksenova qarşı sui-qəsd cəhdi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları onun avtomobilini partlatmaq istəyən şəxsi saxlayıb.

Adı açıqlanmayan şəxs əməlini etiraf edib.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24