Krasnodara dron hücumu nəticəsində İlski NEZ-də yanğın olub

Pilotsuz uçuş aparatının (PUA) Rusiyanın Krasnodar diyarına hücumu nəticəsində İlski neft emalı zavodunda (NEZ) yanğın baş verib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə diyarın operativ qərargahından bildirilib.

"PUA hücumu nəticəsində İlski NEZ-də yanğın baş verib. Xəsarət alan yoxdur. Neft məhsulları çəni zədələnib", - məlumatda deyilir.

Yanğının sahəsi 700 kv.m təşkil edir. Yanğının söndürülməsinə 72 xilasedici, 21 vahid texnika və 1 yanğınsöndürmə qatarı cəlb olunub.

Digər xəbərlər