İzmirdə 28 qanunsuz miqrant saxlanılıb

Egey dənizinin Türkiyənin İzmir vilayətinin Urla rayonu sahillərində 28 qanunsuz miqrant saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, saxlanılan miqrantlardan 11-i uşaq olub.

Həmçinin qeyd edilib ki, insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən və qeyri-qanuni yollarla ölkədən çıxmağa çalışan şəxslər də yaxlaanıblar.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.

Digər xəbərlər