İstanbul yaxınlığında zəlzələ baş verib

Türkiyənin İstanbul şəhəri yaxınlığında, Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ ocağı Mərmərə adasının yaxınlığında təxminən yeddi kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar şəhərdən təxminən yüz kilometr aralıda hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Digər xəbərlər

İranda bazar yanır 03 fevral, 2026 / 11:53