İrəvanda Türkmənistan vətəndaşına bıçaqla hücum edilib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Polisə paytaxtın mərkəzində yaralı şəxsin tapılması barədə məlumat daxil olub. O, qarın nahiyəsində kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Polis zərərçəkənin Türkmənistan vətəndaşı Erdan Egenqurdiyev olduğunu müəyyən edib.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır və hücum edəni axtarır. Cinayət işi başlanılıb.