İrəvanda tikiş fabrikində partlayış baş verib, dörd nəfər xəstəxanaya yerləşdirilib.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-in Xilasetmə Xidməti məlumat yayıb.
"Sentyabrın 30-da saat 16:12-də Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinə İrəvan şəhərində yerləşən tikiş fabrikində partlayış haqqında məlumat daxil olub. Hadisə yerinə Xilasetmə İdarəsinin bir yanğınsöndürmə briqadası göndərilib", - qurumdan bildirilib.