İrəvanda salfet istehsalı fabrikində güclü yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin DİN-nə istinadən məlumat yayıb.
Yanğın üçüncü dərəcəli qiymətləndirilib. Əvvəlcə yanğını söndürmək üçün 6 yanğınsöndürən dəstə cəlb edilib. Lakin yanğının intensivliyini nəzərə alaraq, daha 7 yanğınsöndürən dəstə göndərilib.