İrəvan metrosunda elektrik enerjisinin verilişində problem yaranıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İrəvan metropoliteninin mətbuat xidmətindən bildirilib.
"Hazırda mütəxəssislər hadisə yerində işləyirlər, qatarların normal hərəkət rejimi yarım saat ərzində bərpa olunacaq", - qurumdan bildirilib.