İranın nüvə sazişi üzrə növbəti danışıqlar yanvarın 3-də keçiriləcək

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqların səkkizinci raundu 2022-ci il yanvarın 3-də davam edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

Danışıqların 2022-ci ilin fevral ayının əvvəlinə qədər başa çatdırılması planlaşdırılır.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49