İranda zəlzələ olub

İranda 5,3 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 113 kilometr şimal-qərbdə yerləşib.

İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04