ABŞ-nin son hücumu zamanı İrana endirilən zərbələr nəticəsində ölənlərin sayı 35-dən 38-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.
"ABŞ-nin zərbələri nəticəsində yaralananların sayı 400-ü ötüb, 38 nəfər həlak olub", - o qeyd edib.
Kermanpurun sözlərinə görə, ölənlər arasında 3 qadın və 1 uşaq var. Bundan əlavə, 22 qadın və 9 uşaq yaralanıb.