İran hərbi hava təlimləri keçirir

İran Hərbi Hava Qüvvələri “Vilayət səmaları müdafiəçiləri-98” adlı hərbi hava manevrinin “Ya Məhəmməd Rəsulullah!” adlı sonuncu mərhələsi noyabrın 22-də başlayıb.

“Report” “Mehrnews”a istinadən xəbər verir ki, hərbi təlimlər İranın Simnan əyalətində 416 min kv. km-lik ərazidə keçirilir.

Hərbi təlimlər ABŞ-ın Körfəzə 6 aydan sonra yenidən təyyarədaşıyan gəmi göndərməsi ilə eyni vaxtda başlayıb.

Qeyd edək ki, cari ilin iyun ayında İran Hörmüz boğazında ABŞ-a məxsus “RQ-4 Global Hawk” tipli pilotsuz uçan aparatı vurduğunu iddia etmişdi. 

Digər xəbərlər

Türkiyədə zəlzələ olub 13 aprel, 2026 / 09:59