​İnquşetiyada yerli hakimiyyət orqanı nümayəndəsinin avtomobili partladılıb

Bakı. 9 iyun. REPORT.AZ/ İnquşetiyanın Sunjen Rayon Şurası sədrinin müavini Xaron Çeçeyevin maşınının altına quraşdırılmış partlayıcı qurğu işə düşüb.

"Report" xəbər verir ki, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Maşın Çeçeyevin yaşadığı evin qarşısında dayanmışdı", - deyə mənbə qeyd edib.

Partlayış nəticəsində heç kim zərər çəkməyib. Çeçeyev özü evdə olub.

Hazırda hadisə yerində istintaq qrupu işləyir.

Digər xəbərlər