Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb, 38 min faktın üstü açılmayıb

Tbilisi. 5 fevral. REPORT.AZ/ Ötən il Gürcüstanda 58 mindən çox cinayət faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Bu göstərici illik müqayisədə 53,94% çoxdur. 2018-ci ildə törədilən cinayətlərin yalnız 20 mininin (34,64%) üstü açılıb.

Ötən il qonşu ölkədə qəsdən adamöldürmə halları da artıb. Hesabat dövründə, ümumilikdə, 75 qəsdən adamöldürmə faktı qeydə alınıb ki, bu da illik müqayisədə 11,94% çoxdur.

2018-ci ildə ailədə zorakılıq halları 2017-ci ilin analoji göstəricisi ilə müqayisdə 122,17% artaraq 4,7 minə çatıb.

Hesabat dövründə Gürcüstanda 1,9 mindən çox oğurluq və 374 soyğunçuluq faktı qeydə alınıb. Oğurluq halları illik müqayisədə 86,54%, soyğunçuluq halları isə 28,52% artıb.

Digər xəbərlər