Gürcüstan turizmin bərpası ilə bağlı ikitərəfli danışıqları dayandırıb

“Gürcüstan hökumətinin turizmlə bağlı ikitərəfli danışıqları demək olar yekunlaşdırdığı ölkələrdə epidemioloji vəziyyət gözlənilmədən pisləşib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, həmin ölkələr Gürcüstana müəyyən müddət gözləməyi təklif ediblər: “Həm epidemiya ilə mübarizə, həm də iqtisadiyyatın bərpası üzrə atılan hər bir addım olduqca düşünülmüş və ehtiyatlı olmalıdır”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən sərhədlərini xarici turistlər üçün açmağa hazırlaşır. 

Digər xəbərlər