Gürcüstan DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə askiya bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, sayca 22-ci olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Bugünkü aksiyada tribuna vətəndaşlara veriləcək.

Parlamentin binası önündə bir neçə etirazçı aclıq aksiyasını 17 gündür davam etdirir. Onlar vəziyyətləri pisləşdiyindən aksiyanı dayandıra bilərlər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49