Bakı. 13 iyun. REPORT.AZ/ Ermənistanın Mehri şəhərində yaşayış binasında yanğın baş verib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin mətbuat xidməti bildirib.
Xəbərə görə, yanğın binanın üçüncü mərtəbəsindəki mənzilin bayır tərəfindən başlayıb. Alov bütün binanı əhatə etdiyindən sakinlər təxliyə edilib.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.