​Gümrüdə polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, toqquşmalar zamanı beş polis əməkdaşı və 7 mitinqçi zərər çəkib.

Məlumata görə, polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir.

Mitinqçilər butulka və daş atmaqla polis kardonunu yarmağa çalışırlar.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24