​Ərzurumda 9 terrorçu saxlanılıb

Bakı. 5 may. REPORT.AZ/ Ərzurumun Horasan rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, PKK-nı dəstəkləyən Xalqların Demokratik Partiyasının Ərzurumdakı yerli şöbəsinin qərargahında aparılan axtarış zamanı terrorçu qruplaşmaya aid çoxlu sayda təbliğat materialları aşkar edilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24