Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Eçmiədzində "kimyaçılar" hərbi hissəsində əməliyyat keçirir.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Nəşrin məlumatına görə, MTX əməkdaşları gecə saatlarından hərbi hissədə olublar. Bəzi hərbi qulluqçular, o cümlədən yüksək rütbəli hərbçilər hüquq-mühafizə orqanlarına aparılıblar.
MTX əməliyyatının nə ilə bağlı olduğu hələ ki, bildirilmir.