Ermənistanın müxalifət bloku müvəqqəti hökumətin formalaşdırılmasında iştirak etməyəcək

Bakı. 4 may. REPORT.AZ/ Ermənistan parlamentində müxalifətdə olan “Tsarukyan” bloku "Mənim Addımım" Hərəkatının lideri Nikol Paşinyanın baş nazir seçiləcəyi halda onun formalaşdıracağı müvəqqəti hökumətdə təmsil olunmayacaq.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, fraksiya parlamentdə iki dəfə N.Paşinyanın baş nazir postuna namizədliyinin irəli sürülməsini dəstəkləyib.

“Tsarukyan” bloku mayın 8-də Ermənistan parlamentində N.Paşinayn baş nazir seçilməsinə səs verəcəklərinin də bildirib. Bu müxalifət təşkilatı indiki həssas dövrdə siyasi məsuliyyəti üzərinə götürməyi məqsədyönlü saymadığını vurğulayıb.

Qeyd edək ki, “Tsrukyan” fraksiyanın Ermənistan parlamentində 31 deputatı var.  

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49