Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi ilə polis birləşdiriləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi ilə polis birləşdiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan bildirib.

Məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Q.Akopyan deyib: "Hər şey mümkündür".

"Milli Təhlükəsizlik Xidmətinin direktoru öz yerinə kimi görür" sualına cavabında isə o, özünü gördüyünü vurğulayıb.

Qeyd edək ki, fevralda Qorik Akopyanın səlahiyyət müddəti başa çatır. 

Digər xəbərlər