​Ermənistanın keçmiş deputatı qətl təşkil etməkdə şübhəli bilinir

Bakı. 5 may. REPORT.AZ/ Ermənistan parlamentinin keçmiş üzvü, "Çiçəklənən Ermənistan Partiyası"nın nüfuzlu nümayəndələrindən biri olan 73 yaşlı Qoarik Yenokyan tutulub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu keçmiş deputatın vəkili Geqam Akopyan bidirib.

O, "Çiçəklənən Ermənistan Partiyası"ndan olan keçmiş deputat Karo Karapetyana qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinir.

Qoarik Yenokyan hazırda istintaq təcridxanasında saxlanılır. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24