Ermənistanın Dövlət Nəzarət Xidmətinin vəzifəli şəxsləri saxlanılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Ermənistanın Dövlət Nəzarət Xidmətinin 4 vəzifəli şəxsi Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, saxlanılanlar arasında xidmətin iki idarəsinin rəhbərləri - Adyan qardaşları da var.

Daha əvvəl "Analitik.am" portalı bildirib ki, Milli Təhlükəsizlik Xidməti Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryana və xidmətin iki idarəsinin rəhbərinə qarşı cinayət işinin qaldırılması üçün materiallar hazırlayır.

Qeyd edək ki, Ermənistanın dövlət qurumlarında aparılan ixtisarlardan sonra azı 100 məmur işsiz qalacaq.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49